Çempionlar Liqası və Avroliqada növbəti püşkün vaxtı açıqlandı

12:43 | 12.12.2013
Çempionlar Liqası və Avroliqada növbəti püşkün vaxtı açıqlandı

Çempionlar Liqası və Avroliqada növbəti püşkün vaxtı açıqlandı

UEFA Çempionlar Liqası və Avropa Liqasında növbəti püşkatma mərasiminin vaxtını açıqlayıb.Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaq. Lakin püşk zamanı eyni ölkədən olan komandaların üzləşməsinə şərait yaradılmayacaq.Avropa Liqasının 1/16 final mərhələsinin püşkü də həmin gün keçiriləcək. Lakin qitənin ikinci dərəcəli turnirinin püşkü ÇL-dən bir saat sonra, Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Burada qrup qalibləri və Çempionlar Liqasından gələn ən yaxşı 4 komanda səpələnmişlər səbətində yer alacaq. Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş digər 4 komanda isə Avroliqanın qrup ikinciləri ilə səpələnməmişlər səbətində qərarlaşacaq.Qeyd edək ki, hər iki turnirdə qrup qalibləri ilk oyunlarını səfərdə keçirəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM