Çempionlar Liqasında V tura start verilir

09:45 | 21.11.2017
Çempionlar Liqasında V tura start verilir

Çempionlar Liqasında V tura start verilir

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

Anews.az xəbər verir ki, ilk oyun günüdə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gələcək.

Səkkiz müxtəlif ölkədə baş tutacaq matçlardan sonra daha 6 komandanın 1/8 finala vəsiqəni təmin etmək şansı var. Bunlar Türkiyənin "Beşiktaş”, İngiltərənin "Liverpul”, Portuqaliyanın "Portu”, Ukraynanın "Şaxtyor”, eləcə də, İspaniyanın "Real Madrid” və "Sevilya” kollektivləridir. Lakin bu komandalardan yalnız 4-ü "play-off"a adlaya bilər.

Buna səbəb "Sevilya"nın "Liverpul", "Beşiktaş"ın isə "Portu" ilə qarşılaşmasıdır. Bu oyunlarda qalib tərəf qrupdan çıxacaq. 1/8 finala yüksəlmək üçün "Real Madrid” və "Şaxtyor”a da qələbə lazımdır.

Fransanın PSJ, Almaniyanın "Bavariya”, eləcə də, İngiltərənin "Mançester Siti” və "Tottenhem” kollektivləri 1/8 finala vəsiqəni erkən təmin ediblər. Belçikanın "Anderlext”, Şotlandiyanın "Seltik” və Hollandiyanın "Feyenoord” klubları "play-off"a yüksəlmək şanslarını itiriblər.

Çempionlar Liqası, Qrup mərhələsi, V tur

21 noyabr

E Qrupu

21:00. "Spartak" (Moskva, Rusiya) - "Maribor" (Sloveniya)

23:45. "Sevilya" (İspaniya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Liverpul" - 8, "Sevilya" - 7, "Spartak" - 5, "Maribor" - 1.

F Qrupu

23:45. "Napoli" (İtaliya) - "Şaxtyor" (Ukrayna)

23:45. "Mançester Siti" (İngiltərə) - "Feyenoord" (Hollandiya)

Xal durumu: "Mançester Siti" - 12, "Şaxtyor" - 9, "Napoli" - 3, "Feyenoord" - 0.

G Qrupu

23:45. "Monako" (Fransa) - "Leyptsiq" (Almaniya)

21:00. "Beşiktaş" (Türkiyə) - "Portu" (Portuqaliya)

Xal durumu: "Beşiktaş" - 10, "Portu" - 6, "Leyptsiq" - 4, "Monako" - 2.

H Qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)

23:45. APOEL (Kipr) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Tottenhem" - 10, "Real Madrid" - 7, "Borussiya", APOEL - 2.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM