Çempionlar Liqasının finalında yarıçılpaq qız meydana daxil oldu - VİDEO

13:28 | 02.06.2019
Çempionlar Liqasının finalında yarıçılpaq qız meydana daxil oldu - VİDEO

Çempionlar Liqasının finalında yarıçılpaq qız meydana daxil oldu - VİDEO

UEFA Çempionlar Liqasının final görüşündə meydana yarıçılpaq qız çıxıb.
Oxu.Az xəbər verir ki, Madriddə keçirilən "Liverpul” – "Tottenhem” görüşünün ilk hissəsinin təxminən 20-ci dəqiqəsində bir fanat qız təhlükəsizlik nümayəndələrinin gözündən yayınaraq meydançaya daxil olub.

Sloveniyalı baş hakim Damir Skomina dərhal oyunu dayandırıb. Həmin qız meydançanın mərkəzində tutularaq oradan kənarlaşdırılıb.

Məlum olub ki, meydana daxil olan yarıçılpaq qız amerikalı aktrisa, model Kinsi Volanskidir.
Qeyd edək ki, "Liverpul” 2-ci dəqiqədə misirli Məhəmməd Salahın penaltidən vurduğu qolla 1:0 qalib gəlir.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb