Çempionlar Liqasında 2014/2015 mövsümünə start verildi

13:37 | 02.07.2014
Çempionlar Liqasında 2014/2015 mövsümünə start verildi

Çempionlar Liqasında 2014/2015 mövsümünə start verildi

Bu gün Çempionlar Liqasında 2014/2015 mövsümünə start verilib. Qol.Az-ın məlumatına görə, I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iki qarşılaşma keçirilib. Andorrada yerli "Santa Koloma" klubu Ermənistan çempionu "Banants"ı qəbul edib və rəqibini 1:0 hesabı ilə məğlub edib. Günün digər oyunu San-Marinoda baş tutub. Burada yerli "La Fiorita" Estoniya "Levadiya"sını sınağa çəkib. Görüşün qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Qeyd edək ki, I təsnifat mərhələsinin digər oyunu bu axşam "Linkoln" (Cəbəllütariq) və "Havnar Boldfelaq" (Farer adaları) komandaları arasında keçiriləcək.  1 iyulBirinci təsnifat mərhələsinin ilk oyunları23:00. "Santa Koloma" (Andorra) - "Banants" (Ermənistan) -1:0Qol: Puyol, 5 (1:0) 23:30. "La Fiorita" (San-Marino) - "Levadiya" (Estoniya) -0:1Qol: Tamm, 90+4 (0:1)2 iyul23:00. "Linkoln" (Cəbəllütariq) - "Havnar Boldfelaq" (Farer adaları)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM