Anews.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə ikinci dəfə üz-üzə gələcək.
1/4 final mərhələsindəki ilk görüşünü qara fiqurlarla oynayan Rəcəbov bütün partiyalarda rəqibi ilə sülhə razılaşıb.
Məmmədyarov isə 1/4 finala qələbə ilə başlayıb. İlk partiyada ağ fiqurlarla Firuzcadan güclü olan 36 yaşlı qrossmeyster növbəti 2 qarşılaşmada heç-heçə edib. Sonuncu görüşdə qara fiqurlarla rəqibini məğlub edən Məmmədyarov qələbəsini rəsmiləşdirib.
Bugünkü qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Rəcəbov bu gün ilk görüşünü qara, Məmmədyarov isə ağ fiqurlarla oynayacaq. Rəcəbov yarımfinala yüksəlmək üçün Karlseni məğlub etməlidirsə, Məmmədyarova heç-heçə də bəs edəcək.
1/4 finalın ilk günündə qeydə alınan nəticələr
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2:2
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 3:1
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 3:1
Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1,5:2,5
Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !