Əmrə Belözoğlu həbs edildi

11:20 | 18.06.2014
Əmrə Belözoğlu həbs edildi

Əmrə Belözoğlu həbs edildi

“Fənərbaxça”» klubunun və Türkiyə millisinin futbolçusu Əmrə Belözoğlu barəsində 2 ay 15 gün müddətinə həbs qərarı çıxarılıb.

 

 Apasport.az saytının məlumatına görə, futbolçu “idmanda din, dil, irq, etnik kök, cinsiyyət və ya məzhəb fərqini biruzə verən hərəkətdə” günahkar bilinib.

 

Türkiyə mətbuatının məlumatına görə, Əmrə Belözoğlu “Fənərbaxça” və “Trabzonspor arasındakı oyun zamanı rəqib komandanın futbolçusu Didyer Zokoranı təhqir edib. Bundan sonra Zokoranın vəkili məhkəməyə müraciət edərək, Əmrənin barəsində irqçi baxışlarına görə iş açılmasını istəyib. Futbolçu Türkiyə millisinin oyunçusunun ona “.... negro” dedyini bildirib.

 

Maraqlıdır ki, Əmrə baş verən olaydan dərhal sonra qatıldığı televiziya proqramında söylədiyi sözü etiraf edib. Amma səhəri gün mətbuat konfransında bunun ona qarşı böhtan olduğunu bildirib.

 

Məhkəmə tərəfləri dinlədikdən sonra Əmrə Belözoğlu barəsində 2 ay 15 gün həbs qərarı çıxarıb. Amma məhkəmə futbolçunun bundan əvvəl belə bir cinayət işlətmədiyini nəzərə alaraq və bir daha belə hərəkətlərə yol verməyəcəyi qənaətinə gələrək, cəzanın çəkilməsini təxirə salıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM