Ən çox borcu olan ölkələr - SİYAHI

09:13 | 28.07.2015
Ən çox borcu olan ölkələr - SİYAHI

Ən çox borcu olan ölkələr - SİYAHI

Beynəlxalq Valyuta Fondu (BVF) ən çox dövlət borcu olan ölkələrin "iyirmiliyi"ni müəyyən edib.

 "Report" UNN agentliyinə istinadən xəbər verir ki, bu məlumatı World Economic Forum açıqlayıb.

Belə ki, Yaponiya ən çox borcu olan ölkələr sırasında liderlik edir. 1990-cı illərdən başlayaraq Yaponiya daimi staqnasiya yaşayıb. Hazırda Yaponiya höküməti vergi daxilolmalarının təqribən yarısını borcun ödənilməsinə sərf edir. Buna baxmayaraq, onillik istiqrazlara görə gəlirlik həddindən artıq aşağı, yəni 1%-dən az səviyyədə qalır.
Böhrandan əziyyət çəkən Yunanıstan siyahıda ikincidir. Bu ölkənin çox böyük miqdarda borcu yaranıb.
Borcalan ölkələrin ilk "onluğu"na Yaponiya və Yunanıstandan başqa, İtaliya, Yamayka, Livan, Eritreya, Portuqaliya, Kabo-Verde, Butan və İrlandiya daxildir.
TOP-20-də həmçinin Belçika, ABŞ, İspaniya və Fransa yer alıb.
Ukrayna reytinqə daxil olunmayıb. Ukraynanın dövlət borcunun ÜDM-yə qarşı nisbəti 96% təşkil edir. Ukraynanın 1 may tarixinə olan dövlət və dövlət tərəfindən zəmanət verilmiş borcu 42,9 mlrd. dollar təşkil edir. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM