"Bir məsələni xüsusi vurğulamalıyıq ki, Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır.
Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın sabit həyat sürəcəyinə, həmçinin cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə inamı daha da artırır".
Yeniavaz.com xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.
Şöbə müdiri qeyd edib ki, bununla yanaşı, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyil:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !