Ən çox nikaha girilən və boşanma olan aylar

13:21 | 29.04.2017
Ən çox nikaha girilən və boşanma olan aylar

Ən çox nikaha girilən və boşanma olan aylar

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ən çox nikah və boşanma qeydə alınan ayların statistikası açıqlanıb.

ANN.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova  Modern.az-ın sorğusuna cavab olaraq məlumat verib.

L.Kərimovanın sözlərinə görə, ötən il Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 66771 nikaha daxilolma halları qeydə alınıb:

"Digər aylara nisbətən sentyabr ayında bağlanan nikahların sayı daha çox olub. Belə ki, bu ayda 8246 şəxs öz münasibətlərini rəsmiləşdirib”.

Komitə rəsmisi ötən il ölkədə 13114 boşanma halları qeydə alındığını açıqlayıb:

"Digər aylara nisbətən noyabr ayında daha çox boşanma baş verib. Belə ki, bu ayda 1257 cütlük öz münasibətlərinə son qoyub”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM