Ən dəli və qorxulu hökmdarlar - TARİXİ FAKTLAR

08:30 | 16.01.2015
Ən dəli və qorxulu hökmdarlar - TARİXİ FAKTLAR

Ən dəli və qorxulu hökmdarlar - TARİXİ FAKTLAR

1. Fransa kralı VI Karl (ləqəbi "Dəli")





O, sümüklərinin şüşədən olduğuna inanıb və özünü qorumaq üçün paltarının astarına dəmir çubuqları tikdirərmiş.



2. Alman şahzadəsi Mariya Elionora






Həyat yoldaşının meyitini 15 ay dəfn etməsinə icazə verməyib, qızı Kristinanı aylarla yatmağa məcbur edib.



3. Alman kralı Otto



Kralın xeyli xəyali dostları varmış və onlarla rəngli söhbətlər edirmiş. Qapı məsələsi kralın ən zəif damarı imiş. Onun bağlı qapı arxasında qalmağa dözümü yox imiş.



4. İspaniya kraliçası Junna




Özündən xeyli əvvəl ölən ərini o qədər sevirmiş ki, tez-tez onun qəbrini açdırıb onun sümüklərini öpər, iyləyərmiş. Bu hal kralıça ölənəcən davam edib.



5. İsveç kralı XIV Erik




Paranormal biri olub. Hər zaman taxtının ələ keçirilmə, sui-qəsd, çevriliş qorxusu ilə yaşayıb və bu səbəbdən ətrafındakı şübhə ilə gülümsəyən, pıçıltı ilə danışan adamları edam etdirib.



6. Rus çarı I Fyodor



2 yaşlı yeganə qız övladının vəfatından kədərlənərək bütün ömrünü Rusiya torpaqlarını gəzərək kilsələrdəki zəngləri çalmağa sərf edib.



7. Bavariya şahzadəsi Aleksandra Amaliya





Həddindən artıq təmizlik dəlisi olub. Bu səbəbdən də hər zaman ağ paltarlar geyinərmiş.




8. Avstriya imperatoru I Ferdinand






Epilepsiya xəstəsi olan bu şəxs taxta çıxdığı zaman ilk verdiyi əmr belə olub: "Mən bir kralam və köftə yemək istəyirəm"




9. Osmanlı padşahı I Mustafa



O zamanın qaydalarına görə, taxta olan qardaşa sui-qəsd etməmək üçün lap balaca yaşlarından balaca otaqda yaşamağa məcbur edildiyindən ağıl sağlığının pozulduğu padşah olub. Daim özünün öldürülməsi qorxusu ilə yaşayıb və ən yaxın adamlarını edam etdirib.


10. Portuqaliya kraliçası I Mariya





Çox qəribə davranışları ilə tarixin yaddaşına düşüb. 1786-cı ildə həyat yoldaşını, daha sonra isə böyük oğlunu və yeganə qız övladını itirən kraliça daim ölüm qorxusu altında yaşayıb. Bu səbəbdən o, hər vaxt uşaq paltarları geyinərmiş ki, guya Əzraili aldada biləcək və ölüm ona yaxın gəlməyəcək. Sarayda bu hərəkətlər gülüşlə qarşılansa da, digər uşaq hərəkətləri iyrənclik və natəmizlik yaradarmış.


Hazırladı NURAY
ANN.Az







0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM