Ən güclü şaxmatçı Londonda müəyyən olunacaq

23:16 | 30.11.2017
Ən güclü şaxmatçı Londonda müəyyən olunacaq

Ən güclü şaxmatçı Londonda müəyyən olunacaq

Şaxmat üzrə dünya çempionu adı uğrunda növbəti  mübarizə 2018-ci ilin noyabrında Londonda aparılacaq.

Bu barədə anews.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir.  

Uduş fondu bir milyon avro təşkil edəcək. Yarışlar noyabrın 9-da başlayıb 28-də bitəcək.

Maqnus Karlsenin rəqibi 2018-ci ilin martında Berlində baş tutacaq iddiaçıların  turnirində müəyyənləşəcək.

Yarışda Sergey Karyagin, Aleksandr Qrişuk, Vladimir Kramlin (Hamısı Rusiyanın təmsilçiləridir), Vels So, Fabiano Karuana (İkisi də ABŞ), Şəhriyar Məmmədyarov (Azərbaycan), Din Lijen (Çin) iştirak edəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM