Ən nazik “iPhone” satışa çıxır - FOTO+VİDEO

12:57 | 09.09.2015
Ən nazik “iPhone” satışa çıxır - FOTO+VİDEO

Ən nazik “iPhone” satışa çıxır - FOTO+VİDEO

Yeni "iPhone 6s”-in qalınlığı 6-6.5 mm arasında olacaq.

Bu gün ABŞ-da Apple şirkəti "iPhone 6s”in təqdimat mərasimi keçiriləcək. 

ANS PRESS-in məlumatına görə yeni modelin təqdimat mərasimi canlı yayımla dünyaya nümaiş etdiriləcək.

Yeni "iPhone 6s”in digərlərindən fərqli olaraq daha çox texniki imkanlara sahib olduğu iddia edilir. 

"KGI Security” araşdırma şirkətinin iddiasına görə yeni model telefon "Apple" şirkətinin istehsal etdiyi ən nazik "iPhone" olacaq. Onun qalınlığının 6 - 6.5 mm arasında olduğu deyilir. 

Hazırda satışda olan "iPhone”- 6.9-7.1 mm qalınlığındadır. Yeni telefonun üstünlüklərindən biri isə səs komandalarına daha geniş yer verilməsidir. 


 
 

Yeni model "iPhone 6s”

"iPhone 6s”in daha keyfiyyətli videokamerası və möhkəm üz qabığı (alimenium) ilə özündən əvvəlkilərə meydan oxuyacağı iddia edilir. Yeni modeldə iOS 9 –un təkminləşdirilmiş funksiyalarından istifadə ediləcək. 

"iPhone 6s”ın əsas rəqibləri isə avqust ayında Cənubi Koreya "Samsung” şirkətinin təqdim etdiyi Galaxy Note 5 və Galaxy S6 edge Plusdur.

"Apple" şirkəti ilk "iPhone”modelini 2007-ci ildə müştərilərinə təqdim edib. 8 il ərzində 6 milyondan çox "iPhone” satılıb.

2014-cü ilin sentyabrında satışa çıxarılan "iPhone 6” və "iPhone 6 Plus” modelləri doqquz ay ərzində şirkətə 183 milyon dollar gəlir gətirib.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti