Ən nüfuzlu İT direktorları bəlli oldu

21:26 | 29.05.2015
Ən nüfuzlu İT direktorları bəlli oldu

Ən nüfuzlu İT direktorları bəlli oldu


"Juniper Research” analitik şirkəti texnologiya şirkətləri üzrə ən nüfuzlu direktorların reytinqini tərtib edib. "Microsoft” korporasiyasının direktoru Satya Nadella birinci pillədə qərarlaşıb.
 
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər reytinqin tərtibi zamanı biznesin idarəsi, innovasiya,  şəxsi kapital və bir sıra amilləri nəzərə alıb. Satya Nadella "Microsoft” korporasiyasında fundamental dəyişikliklərə görə birinci pilləyə layiq görülüb.
 
"Apple” şirkətinin dizayn üzrə direktoru Conatan Ayv İT sektorun ən nüfuzlu top-menecerləri reytinqində ikinci pilləni tutub. Onun sayəsində "MacBook”, "iPod” və "iPad” kimi qurğular hamıya əlçatan olub.
 
"Juniper Research” reytinqində oyun qurğularını hazırlayan "Razer” şirkətinin qurucusu və baş direktoru Min Lyan Tan üçüncü pillədə qərarlaşıb. Mütəxəssislər Min Lyan Tanın virtual reallıq texnologiyaları bazarının inkişafına töhfəsini vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti