Şirkətlər üçün ən ideal ictimai media şəbəkəsinin "Instagram" olduğu məlum olub
Ən çox qazandıran sosial şəbəkənin adı açıqlanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumat görə, ABŞ-ın "SumAll" şirkəti "Facebook" başda olmaqla müxtəlif sosial şəbəkələrdə səhifə açaraq rəqəmsal dünyaya adaptasiya olmağa çalışan şirkətlər üçün hesabat hazırlayıb. Bir illik araşdırma nəticəsində ortaya çıxan göstəriciyə görə, şirkətlər üçün ən ideal ictimai media şəbəkəsinin "Instagram" olduğu məlum olub.
"SumAll" şirkətinin araşdırmasına görə, "Instagram" istifadə edən ABŞ şirkətlərinin satış gəlirləri bir il ərzində 1,5 %-dən 3,5 %-ə yüksəldiyi təsbit edilib. Birləşmiş Krallıq ölkələrindəki artım nisbəti isə 3,6 % olub.
"Instagram", "Twitter", "Google +" və "Facebook"un performansını araşdıran "SumAll" investisiya karlılığı baxımından "Facebook"un hələ də lider olduğunu qeyd edib. Ancaq buna baxmayaraq hesabatda vizual bir məhsulu satmaq istəyən şirkətlərin "Instagram" istifadə etmədiyi təqdirdə marka və gəlir baxımından böyük bir itki ilə üzləşəcəyi vurgulanıb.
ANSPRESS