Ən çox qızılı olan ölkələr - SİYAHI

19:48 | 30.12.2013
Ən çox qızılı olan ölkələr - SİYAHI

Ən çox qızılı olan ölkələr - SİYAHI

Dünyada ən çox qızıl ehtiyatlarına malik olan ölkələrin siyahısı açıqlanıb.ANN.Az Gün.Az-a istinadən xəbər verir ki, bu təbii ehtiyata ən çox malik olan 10 ölkənin adını və ehtiyatın miqdarını təqdim edir.Beləliklə, siyahıya görə dünyada ən çox qızıl ehtiyatlarına malik ölkə ABŞ-dır. Bu ölkənin qızıl ehtiyatları 8,133.5 ton miqdarındadır.Ən çox ehtiyatlara malik ikinci ölkə isə ABŞ-dan 2 dəfə az ehtiyata malik Almaniyadır. Bu ölkənin qızıl ehtiyatları 3,387.1 ton hesablanır.Dünyada ən çox qızıl ehtiyatlarına malik üçüncü ölkə olan İtaliyanın isə qızıl ehtiyatları 2,451.8 ton həcmindədir.Dünyanın ən çox qızıl ehtiyatlarına malik digər ölkəsi isə Fransadır. Fransanın qızıl ehtiyatları 2,435.4 ton həcmində proqnozlaşdırılır.Ən çox qızıl ehtiyatlarına malik beşinci ölkə isə Çindir. Bu ölkənin qızıl ehtiyatları 1,054.1 ton  təşkil edir.Ən böyük ehtiyatlara malik digər ölkə olan İsveçrənin qızıl ehtiyatları 1,040.1 ton hesab olunur.Ən çox qızıl ehtiyatlarına malik ölkələr arasında yer alan Rusiyanın isə ehtiyatları 1,015.1 ton təşkil edir.Yaponiyanın isə ehtiyatları 765.2 ton həcmində qiymətləndirilir. Ən çox qızıl ehtiyatlarına malik ölkələr arasında növbəti ölkələr isə 612.5 tonla Hollandiya və 557.7 ton ehtiyatla Hindistan qərarlaşıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM