İngiltərədə albom və sinql satışını izləyən “The Official Charts Company” şirkəti 2014-cü il ərzində Böyük Britaniyada ən çox satılan mahnıların siyahısını dərc edib.ANS TV-nin məlumatına görə, üçüncü yerdə Con Lecend qərarlaşıb. Müğənninin “All of me” Mahnısı müxtəlif nüfuzlu hit paradlarda 18 həftə lider olub.İkiknci yerdə Clean Bandit “Rather Be” hiti ilə bərqərar olub. Mahnı 1 milyondan çox yüklənilib.İlk yeri Farrell Uilyamsın ifa etdiyi “Happy' mahnısı tutub. 2013-cü ildə çıxan mahnı ilk 9 ay ərzində 1 milyon 400 mindən çox tirajla satılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !