Lent.az-ın xəbərinə görə, araşdırmada yerli və xarici avtomobil istehsalçılarına duyulan müştəri məmnuniyyətinin 1,2 faizlik eniş göstərərək 82 faizlə gerilədiyi məlum olub. Ötən illə müqayisədə 21 avtomobil markasının 80 faizindən razı olmayanların sayının artdığı ortaya çıxıb. Acura 7 faizlik enişlə siyahıda sonuncu yeri,Cadillac isə 6 faizlik enişlə sondan beşinci yeri tutub.
Araşdırmada avtomobil markalarından yalnız Chevrolet və Buickin müştəri məmnuniyyətinin artdığı vurğulanıb. ACSI avtomobil hesabatını, təsadüfi seçilən 4 min 360 müştəri arasında keçirdiyi sorğu əsasında hesablayıb.Araşdırmaya görə,Acura, Dodge, Jeep, Audi, Cadillac və Mazdaən sevilməyən avtomobillərdir.Mütəxəssislər, insanların bu məmnuniyyətsizliyinin səbəbini avtomobil şirkətlərinin müştərilərinə avtomobil almağın üstünlüklərini təqdim edə bilməməsində görür.Müştəri məmnuniyyətində 2 faizlik bir eniş yaşasa da, ən sevilən avtomobil markaları siyahısının zirvəsində Mersedes-Benz, ikinci sırada Subaru, üçüncü Lexus, dördüncüVolkswagen, beşinci sırada isəBuickqərarlaşıb.Mercedes-Benzin liderliyinin çaşdırıcı olmadığı, lüks avtomobil markasının təqdim etdiyi keyfiyyət və xidmət səbəbləri ilə siyahının başında olduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !