Ən populyar brauzer - Siyahı

10:33 | 05.01.2015
Ən populyar brauzer - Siyahı

Ən populyar brauzer - Siyahı

"Net Applications" analitik şirkətinin 2014-cü ilin dekabrı üçün təqdim etdiyi məlumata görə, hazırda "Internet Explorer" brauzeri populyarlığına görə 59,11 faizlik bazar payı ilə brauzerlər arasında birinci yeri tutur. Ondan sonrakı yerdə 22,65 faizlik payla "Google" şirkətinin "Chrome" brauzeri qərarlaşıb. Üçüncü yerdə 11,91 faizlə "Mozilla Firefox" brauzeri yer alıb.

Analitiklər qeyd edirlər ki, "Microsoft" korporasiyasının brauzeri 2014-cü il ərzində çox yaxşı nəticələr nümayiş etdirib və onun payı 58 faizdən aşağı düşməyib. Bu, yalnız iki dəfə - brauzerin payının müvafiq olaraq 57,96 və 57,88 faizədək azaldığı ötən ilin mart və aprelində baş verib.

Ümumi mənzərəyə nəzər saldıqda fərdi kompüterlər üçün 21,79 faiz payla ən populyar "Internet Explorer 11" brauzerinin olmasını görmək mümkündür. Ondan sonrakı yerdə brauzerin nisbətən köhnə versiyası - payı 19,28 faiz təşkil edən "Internet Explorer 8" qərarlaşıb.
 
Daha sonrakı yeri 12,79 faizlik bazar payı ilə "Chrome 39" versiyası tutub. "Google" şirkətinin brauzerindən sonrakı yerdə 9,29 faizlik payla "Internet Explorer"in 9-cu versiyası yer alıb. Növbəti pillədə 6,18 faizlə "Firefox 34" brauzeri qərarlaşıb.

Analitiklər bildirirlər ki, ən populyar brauzerlər siyahılarında müxtəlif versiyalı yalnız bir "Internet Explorer" altı müxtəlif yeri tutur. Bu səbəbdən ümumi göstəricilər "Microsoft" korporasiyasına məxsus brauzerin xeyrinədir. //ictnews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti