Ən qəddar prezidentə sülh mükafatı

11:03 | 04.08.2015
Ən qəddar prezidentə sülh mükafatı

Ən qəddar prezidentə sülh mükafatı

Dünyanın ən qapalı ölkəsi hesab edilən Şimali Koreyanın liderinə mükafat verilib. Ən qəddar prezident adına sahib olan Kim Çen Ina mükafatı verən isə İndoneziya olub. 

Maraqlıdır ki, yaxın adamlarını, dövlət məmurlarını gözünü belə qırpmadan edam etdirən, ac heyvanlara yedirən, raketlə vurduran, dünyanı nüvə müharibəsi ilə hədələyən dövlət başçısına "Qlobal dövlət başçısı" mükafatı verilib. 

O, İndoneziyanın özünü "insanlıq və dünyada sülhə həsr edən" qurumu kimi təqdim edən Sukarno Mərkəzi tərəfindən təltif edilib. Mükafatın sahibini də İndoneziyanın müstəqillik hərakatının lideri Sukarnonun qızı açıqlayıb. 

Sukarnoputri Şimali Koreyanın gənc lideri ilə bağlı dünya mətbuatında yer alan məlumatları "qərbin qara təbliğatı" adlandırıb. Onun sözlərinə görə, Inın insan haqlarını pozması barədə deyilənləri həqiqəti əks etdirmir. 

"Şimali Koreya lideri Kim Çen In gənc yaşına baxmayaraq atasının ideyalarını daha da inkişaf etdirir. O, mükafat almağa haqq qazanıb. Çünki müstəmləkəçiliklə savaşır". 

İndoneziyanın ilk dövlət başçısı Ahmed Sukarno 1950-ci ildə Şimali Koreya ilə münasibət quran ilk liderlərdən olub. Sukarno adına verilən sülh mükafatı 2001-ci ildə Kim Çen Inın atasına da təqdim edilib. 

Adıçəkilən mükafatı həmçinin Hindistanın lideri olan Mahatma Qandi və Myanmanın insan haqları üzrə müdafiəçisi, müxalif lider Aunq San Suu Kyiye verilmişti.//Anspress

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM