Ən sürətlə inkişaf edən sosial şəbəkə

10:34 | 22.01.2014
Ən sürətlə inkişaf edən sosial şəbəkə

Ən sürətlə inkişaf edən sosial şəbəkə

“Global Web Index” statistikasına istinad edən “TechCrunch” nəşri yazır ki, “Instagram” fotoxidməti ən sürətlə inkişaf edən sosial şəbəkə olub. 2013-cü ilin iki son rübündə “Instagram”ın aktiv istifadəçilərinin sayı 23 faiz artıb. “ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ikinci yerdə “Reddit” saytı qərarlaşıb. “Reddit” eyni müddətdə aktiv auditoriyasını 13 faiz artırıb. Başqa sosial şəbəkələrdə cüzi artım qeydə alınıb. Belə ki, “Pinterest” şəbəkəsinin və “Quora” sual və cavablar saytının aktiv istifadəçilərinin sayı 6 faiz artıb. “Twitter” mikrobloqlar xidmətində bu göstərici təxminən 2 faiz olub. “YouTube”, “Facebook”, "VKontakte" və "Odnoklassniki" mənfi dinamika göstərib. 2013-cü ilin ikinci yarısında hər bir sosial şəbəkə orta hesabla aktiv istifadəçilərinin 3 faizini itirib. Statistika 32 ölkədə yaşayan 170 min internet istifadəçisi arasında keçirilmiş sorğu nəticəsində “Global Web Index” tərəfindən toplanılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM