Ən yaradıcı insanların Top 10-luğu - SİYAHI

22:58 | 14.05.2014
Ən yaradıcı insanların Top 10-luğu - SİYAHI

Ən yaradıcı insanların Top 10-luğu - SİYAHI

Google” şirkətinin məhsullar üzrə vitse-prezidenti Mario Keros və “Dropbox” servisinin dizaynerlər qrupu “Fast Company” nəşrinin versiyasına görə, ən yaradıcı insanlar onluğunda yer alıb.

M.Keros “Chromecast” mediapleyerinin yaradılmasına görə reytinqdə dördüncü, “bulud” servisi dizaynerləri altıncı yeri tutub.

Reytinqdə ilk on yerdən altısında informasiya texnologiyaları (İT) biznesinin nümayəndələri qərarlaşıb.

Belə ki, ikinci yeri “Amazon” şirkətinin bağlamaların uçan aparatlarla çatdırılması üzrə layihə müəllifləri, beşincini -  “Qualcomm” şirkətinin “qurğuları bir-biri ilə danışmağı öyrədən” top-meneceri Rac Talluri tutub. Reytinqin doqquzuncu yerində karyera qurmaq istəyən qadınlar üçün onlayn-klub istifadəyə verən Salli Kroçek, onuncu yerdə - “Whisper” anonim ünsiyyət servisinin yaradıcısı qərarlaşıb.  

Reytinqdə birinci yeri ölkəsində qadınları əmək fəaliyyətinə cəlb edən Səudiyyə Ərəbistanı şahzadəsi Rima Bint Bəndar əl-Səudi tutub, - "theRunet www.therunet.com” yazır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM