Çinin "Shaw Organisation" media korporasiyasının təsisçilərindən biri, milyarder, prodüser və filantrop Şao İfu 107 yaşında dünyasını dəyişib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Honqkonqdakı iqamətgahında, ailə üzvlərinin əhatəsində gözlərini əbədi yumub. Regionun ən varlı mediamaqnatının dəqiq doğum tarixi bəlli deyil. Nəvələrinin araşdırmasının nəticəsində bəlli olub ki, rəsmi sənədlərə görə, o, 1907-ci ilin noyabr ayında dünyaya göz açmışdı. 1924-cü ildə qardaşları ilə birgə Shaw Organisation şirkətini yaratmışdı. 50-ci illərin sonlarında Honqkonqda "Shaw Brothers Studio" kino şirkətini, 60-cı illərin sonlarında isə "Television Broadcasts" (TVB) telestudiyasını yaratmışdı. Bu telestudiya dünyanın media nəhənglərindədir. Şao İfu dünyada xeyriyyəçi kimi də tanınırdı. Həyatı boyu tibb və təhsil müəssisələri üçün milyonlarla pul ayırmışdı. 2002-ci ildə Asiyanın Nobel mükafatına da layiq görülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !