Ən yaşlı insan öldü

10:21 | 19.06.2015
Ən yaşlı insan öldü

Ən yaşlı insan öldü

Dünyanın ən yaşlı insanı qəbul edilən şəxs həyata gözlərini əbədi olaraq yumub.

ANS PRESS-in məlumatına görə, planetin ən yaşlı insanı hesab edilən ABŞ-lı Jeralin Talli 116 yaşında dünyasını dəyişib.

Ötən ay Miçiqandakı evində 116 yaşını qeyd edən Tallinin ağciyərində yaranan narahatlıqlar səbəbilə müalicə olunduğu xəstəxanada vəfat edib.

1899-cu ildə Montros şəhərində dünyaya göz açan Talli 1930-cu ildən etibarən Miçiqana yerləşib. Onun həyat yoldaşı isə 1988-ci ildə 95 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, indiyə qədər ömür müddəti ilə Ginnesin Dünya Rekordları kitabına düşən insan isə fransalı qadın Jan Luiz Kalmandır. O, 1997-ci ildə dünyasını dəyişəndə 122 yaşında idi.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM