Ən yaxşı film musiqilərinin reytinqi

19:30 | 20.02.2019
Ən yaxşı film musiqilərinin reytinqi

Ən yaxşı film musiqilərinin reytinqi

Ekspertlər kino tarixində filmlərə yazılmış ən yaxşı musiqilərin reytinqini hazırlayıblar.

"Ölkə.Az” xəbər verir ki, ən yaxşı soundtreklərin siyahısı "Pitchfork” jurnalında dərc edilib.

Siyahıya "Superflay” filminin kompozisiyası rəhbərlik edir. Filmin soundtrekini musiqiçi Kertis Meyfild yazıb.

İkinci yerdə "Al-qırmızı yağış” filminin soundtekidir. Bu musiqini isə pop-musiqiçi Prins bəstələyib. "İynə üstündə” filminin kompozisyası isə üçüncü yerdədir. Musiqini İqqi Pop, Lu Rid və Blur yazıb.

Bundan başqa "Tərcümə xətaları”, "Kömək edin” və "Kriminal qiraət” filmlərinin soundtrekləri də ilk onluğa daxil edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM