Ən yüksək seçici fəallığı Yasamalda qeydə alınıb

09:45 | 12.02.2024
Ən yüksək seçici fəallığı Yasamalda qeydə alınıb

Ən yüksək seçici fəallığı Yasamalda qeydə alınıb

Dünən Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqləyib.
 
Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, ən yüksək seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində, ikinci ən yüksək seçici fəallığı isə 15 saylı Yasamal birinci seçki dairəsində qeydə alınıb. 

17 saylı Yasamal üçüncü seçki dairəsinin 55 məntəqədəsi üzrə siyahıda cəmi 52 040 seçiçi olub. ⁠Onlardan 46 431 nəfər seçici iştirak edibdir ki, bu da 89,22 faiz edir. ⁠Bu seçicilərin 44445 nəfəri cənab İLHAM ƏLİYEVƏ  səs veribdir ki, buda 96,15 faiz edir. 

15 saylı Yassmal birinci seçki dairəsinin 47 məntəqədəsi üzrə siyahıda cəmi 54 339 seçiçi olub. ⁠Onlardan 47 165 nəfər seçici iştirak edibdir ki, bu da 86,8 faiz edir. ⁠Bu seçicilərin 44 322 nəfəri cənab İLHAM ƏLİYEVƏ  səs veribdir ki, buda 94,8 faiz edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM