"Ən zəif nəticə ilə MHP üzləşəcək"

18:00 | 18.07.2015

"Ən zəif nəticə ilə MHP üzləşəcək"

9 gündür ki, Türkiyənin hökumətin qurulması yolunda qərar verə bilməməsi artıq erkən seçkilər barədə mülahizə yürütməyə əsas verir.
 
Bu sözləri Axar.az-a açıqlamasında D18 hərəkatının rəhbəri Ruslan İzzətli deyib. Artıq seçkidən 40, Ərdoğanın Davudoğlunu kabineti qurmaq üçün görəvləndirməsindən 9 gün keçməsinə baxmayaq, hələ də Türkiyədə hökumətin qurulmaması və bu fonda yaranan bəzi suallara aydınlıq gətirən politoloq maraqlı məqamlara toxunub:
 
"Hökumətin qurulmaması yönündə danışıqların sanki dalana dirəndiyi hiss edilir və bu, koalisiya barədə bütün sulların üstündən xətt çəkib erkən seçkilərin baş tutacağını göstərir. Hökumət qurulmazsa, bu, erkən seçkilərdə AKP-nin səslərini daha da artıracaq. Çünki hökumətin formalaşmasına əngəl kimi müxalifət partiyaları göstəriləcək. Hazırkı gedişat da bunu deməyə əsas verir. Seçki zamanı durumu o qədər yaxşı olmayan MHP və CHP səslərini itirəcək. Ən zəif nəticə ilə MHP üzləşəcək. Çünki sağ-mərkəz seçicilər belə durumda MHP üzərinə sərt şəkildə gedəcək. Belə olan halda da AKP yenə birinciliyini qoruyub saxlaya biləcək”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM