• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Endirilən bayraq ölkəni ayağa qaldırdı

Endirilən bayraq ölkəni ayağa qaldırdı
28.05.2020 22:26
Türkiyədə ölkə bayrağının dirəkdən endirilməsi ölkənin hər yanında kəskin reaksiya doğurub. ANS PRESS-in məlumatına görə, Diyarbəkır 2-xi Hava Qüvvələri komandanlığında Türkiyə bayrağının endirilməsi hökumət və bir sıra dövlət nümayəndələri tərəfindən pis qarşılanıb.Ölkə prezidenti Abdulah Gül məsələ ilə bağlı açıqlama verərək, bayrağın endirilməsini kəskin şəkildə pislədiyini bildirib. "Bu və bunun kimi çirkin addım atanlar heç vaxt öz məqsədlərinə çatmayacaqlar. Hamını ehtiyatlı davranmağa, təxribatlara qarşı ayıq-sayıq olmağa və bu cür addımlardan uzaq durmağa çağırıram"Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da ölkəsinin bayrağının dirəkdən endirilməsinə kəskin reaksiya bildirib. “Bayrağı endirənin uşaq olması bizi maraqlandırmır. Buna səsssiz qalmaq mümkün deyil. Bunun qarşılığı hökmən olacaq. Faktla bağlı istintaq başlatdıq. O uşağı oraya göndərən də bunun cavabını verəcək, orada vəzifəli olan əsgər və komandir də. Hamı bunun bədəlini ödəyəcək”.Bunun təxribat olduğunu bildirən Ərdoğan xalqı bu cür təxribatlar qarşısında dik dayanmağa səsləyib. “Bölgədə baş vermiş bu cür hadisələr qarşısında əvvəla xalqıma müraciət edirəm. Bu, sülh prosesini yox etməyə istiqamətlənmiş təxribatlardır. Millət olaraq belə təxribatlar qarşısında dik dayanmalıyıq. Yol kəsmək quldurların işidir. Bundan sonra yol kəsənlər də bədəl ödəyəcəklər. Ölkəmizin asayişini pozmağa heç kmin haqqı yoxdur”.Məsələnin böyümüəsi ilə ölkənin bir sıra şəhər və rayonlarında bayraqla etiraz aksiyaları keçirilib. Diyarbəkirdə yaşanan həmin olay pislənib.Ölkənin Daxili İşlər Nazirliyi isə açıqlamasında mühafizə ilə əlaqəli olan iki nəfərin vəzifəsindən azad edildiyini bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Armenia Airways barred from operating flights for six months
Dünya 12:30
Armenia Airways barred from operating flights for six months
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Dünya 11:58
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol