Ər arvadını xəstəxananın həyətində öldürdü — Azərbaycanda DƏHŞƏTLİ QƏTL

18:42 | 26.03.2020
Bərdədə qətl hadisəsi baş verib.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün Bərdə uşaq xəstəxanasının həyətində baş verib.
Zamanov İsmət adlı şəxs həyat yoldaşı Zamanova Zülfiyyəni qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Onlar Bərdənin Cəyirli kənd sakinləridir.
İ.Zamanov hadisəni törətdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə könüllü təslim olub.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM