Ər mənzili arvaddan gizli satdı, 20 il sonra məlum oldu

23:49 | 22.11.2019
Rusiyada ər arvaddan xəlvət ümumi mənzillərini satıb. Həqiqət 20 il sonra üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, Kaluqa şəhərində 80 yaşlı təqaüdçü mənzilin sahibinin başqası olduğunu öyrənib. Əri ölümündən bir neçə gün əvvəl həyat yoldaşına həqiqəti danışıb. Kişi mənzilin hələ 20 il əvvəl başqasına satıldığını bildirib.
Cütlük burada 32 il birlikdə yaşayıb. Qadın ərindən heç vaxt şübhələnməyib. Halbuki kişi mülkiyyət hüququnu çoxdan adına keçiribmiş.
İndi mənzilin yeni sahibi təqaüdçünün buranı tərk etməsini istəyir. Mərhum ev sahibi ilə razılaşma beləymiş ki, onun ölümüdən sonra mənzil boşaldılacaq.

www.anews.az
loading...