“Ərazilərin Azərbaycana qaytarılması üçün razılıq əldə olunacaq” - Erməni ekspert

16:40 | 04.08.2014
“Ərazilərin Azərbaycana qaytarılması üçün razılıq əldə olunacaq” - Erməni ekspert

“Ərazilərin Azərbaycana qaytarılması üçün razılıq əldə olunacaq” - Erməni ekspert

“Ermənistan və Azərbaycan prezidentlərinin Soçidə keçiriləcək görüşündə ərazilərin bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı şifahi razılıq əldə olunacaq”. 
AzNews.az-ın məlumatına görə, bunu işğalçı erməni silahlı birləşmələrindən olan “Arabo” dəstəsinin komandiri, hərbi ekspert Manvel Yeqizarov deyib. 
O bildirib ki, ərazilərin Azərbaycana qaytarılması ermənilər üçün acınacaqlı vəziyyətin başlanğıcı ola bilər. 
M. Yeqizarov prezidentlər arasındakı görüşün Soçidə keçirilməsini də şərh edib: “Danışıqların başlanması təklifi Fransa və ABŞ tərəfindən də irəli sürülsə də Rusiya prezidenti Vladimir Putinin istəyi ilə Soçidə keçiriləcək. Bu Ermənistanın açıq şəkildə rusiyameyilli siyasət aparması ilə bağlıdır. Ermənistan hakimiyyəti ümid edir ki, mövcud gərginliyi yalnız Rusiya aradan qaldıra və yenidən müharibənin alovlanmasının qarşısını ala bilər”. 
Sabiq komandirin deyib ki, Azərbaycan ərazilərini geri almaqda israrlıdır və bu mənada Ermənistanın müharibədən başqa yolu qalmayıb. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti