Ərdəbilli rəssamın Bakıda sərgisi olacaq

21:43 | 21.11.2013
Ərdəbilli rəssamın Bakıda sərgisi olacaq

Ərdəbilli rəssamın Bakıda sərgisi olacaq

Sabah Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisinin açılışı olacaq. 

Mədəniyyət və Turizm nazirliyindən ANN.Az-a verilən məlumata görə, ərəbdilli rəssamın sərgisi Muzey Mərkəzinin Sərgi Qalereyasında 18:00-da keçiriləcək.

 

Portret, məişət, mənzərə, natürmort və tarixi janrda, hiperrealizm üslubunda işlənmiş əsərlər onun yaradıcılığının əsas səciyyəvi xüsusiyyətini təşkil edir. Rəssamın rəngkarlıq, qrafika və monumental heykəltəraşlıq (fotolarda) sahəsində yaratdığı 120-dək əsəri sərgilənəcək. Rəssamlıq və heykəltəraşlıqdan başqa o eyni zamanda gözəl səsə malik müğənni kimi də məşhurdur. “Sarı gəlin”, “Misri”, “Ana” və s. Azərbaycan xalq və aşıq mahnıları ilə yanaşı milli muğamlarımızı da məharətlə oxuyur.

 

Qeyd edək ki, Vədud Müəzzin 1960-cı ildə Ərdəbildə dünyaya gəlib. 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayan V. Müəzzin bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib, Art Dekor Fakültəsini və Türkiyənin Memar Sinən Universitetini bitirib. 1990-cı ildə Los - Ancelesdə, 1992-ci ildə Fransada, 1995-ci ildə Kanadada fərdi sərgiləri olub. Tehran, Təbriz, Rəşd, Ənzəli və Ərdəbildə təşkil edilmiş çoxsaylı fərdi və birgə sərgilərin iştirakçısıdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM