Ərdoğanı 16 dövlətin əsgərləri müşayiət edəcək

09:49 | 14.01.2015
Ərdoğanı 16 dövlətin əsgərləri müşayiət edəcək

Ərdoğanı 16 dövlətin əsgərləri müşayiət edəcək

Türkiyə prezidentinin rəsmi iqamətgahında ilkə imza atılıb.

ANS PRESS-in məlumatına görə, bundan sonra əcnəbi qonaqlar tarixdəki 16 türk dövlətinə aid əsgərlərə aid paltarları geyinmiş şəxslərin müşayiəti ilə qarşılanacaq. Artıq bu istiqamətdə ilk addım atılıb və prezident Rəcəb Tayyib Ərdoğan Fələstinin dövlət başçısı Mahmud Abbası belə bir mərasimlə qarşılayıb.

Qeyd edək ki, bu geyim Türkiyə ilə yanaşı bütün dünyada da müzakirələrə səbəb olub. Hətta İngiltərədə nəşr olunan "Guardian” qəzeti bu tədbiri sirk ilə müqayisə edib. Yerli mətbu orqanlar isə "Guardian”ı İngiltərənin ali məhkəmələrindəki hakimlərin pariklərinə baxmağa dəvət edib.

Prezident adiminstrasiyası bu barədə verdiyi açıqlamada, tarixdəki 16 türk dövlətinə aid hərbi geyimlilərin müşayiəti ilə keçirilən tədbirlərin davam edəcəyini bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM