O, Türkiyədə məskunlaşan 2 milyon suriyalının geri qaytarılacağını bildirib.
Bizimyol.info xəbər verir ki, Ərdoğan əvvəlcə Münbiçdən İraqla sərhədə qədər ərazini təhlükəsiz zonaya çevirəcəklərini söyləyib. Bundan sonra suriyalıların geri qaytarılmasına başlanılacaq.
Ərdoğanın dediyinə görə, onları könüllülük əsasında yola salacaqlar. İlk mərhələdə 1 milyon suriyalı vətəninə qayıdacaq. Son nəticədə 2 milyon nəfərin Suriyaya göndərilməsi nəzərdə tutulub.
Ərdoğan hərəkatın iki əsas məqsədinin olduğunu bildirib. Birincisi, terror qruplarını məhv etmək. İkincisi, suriyalıların vətəninə qayıtması üçün münbit şərait yaratmaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !