"Son dörd ayda 500-ə yaxın gəmidə ehtiyacı olanlara 11 milyon tondan çox taxıl və ərzaq çatdırılması sazişin dünyada ərzaq və təhlükəsizlik baxımından nə qədər vacib və faydalı olduğunu göstərdi”, o yazıb.
Bundan əvvəl Ərdoğan taxıl müqaviləsinin 120 gün uzadılmasını təsdiqləyib. Onun sözlərinə görə, taxılın Qara dəniz dəhlizi ilə daşınmasına dair saziş 2022-ci il noyabrın 19-dan uzadılacaq.
Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov taxıl müqaviləsinin 120 gün müddətinə uzadılacağını bildirmişdi. Bu məlumatı Ukrayna prezidenti Vladimir Zelenski də təsdiqləyib.
İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında sazişlər imzalayıblar. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !