Ərdoğan ABŞ-ın Vitse-prezidenti ilə görüşdü

17:27 | 17.10.2019
Ərdoğan ABŞ-ın Vitse-prezidenti ilə görüşdü

Ərdoğan ABŞ-ın Vitse-prezidenti ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Vitse-prezidenti Mayk Penslə görüşü qəbul edib.

Anews.az bildirir ki, hazırda görüş Ankarada Prezidentin iqamətgahında keçirilir.
Görüş Bakı vaxtilə saat 16:40-da başlayıb və mətbuata qapalı keçirilir.
Xatırladaq ki, Ərdoğan ötən gün AKP-nin toplantısından sonra "Sky News”un müxbirinin ona ünvanladığı "ABŞ nümayəndə heyəti gəlir. Buna görə narahatsınız?” sualına cavabında bildirmişdi ki, Penslə görüşməyəcək: "Axı niyə narahat olum? Mən dimdik ayaqdayam. Onlarla görüşməyəcəyəm.
 
Onlar öz həmkarları ilə görüşəcəklər. Mən Tramp gələndə onunla görüşüb danışacam”, - deyə Ərdoğan vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb