İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik müşavirəsi keçirilib.
Atatürk Hava Limanının Dövlət Qonaq Evində mətbuata qapalı şəraitdə təşkil olunan iclas 1 saat 15 dəqiqə davam edib.
İclasdan sonra verilən yazılı açıqlamada Türkiyə Aviasiya və Aerokosmik Sənaye Səhmdar Cəmiyyətinin (TUSAŞ) Ankaradakı müəssisəsində törədilən terror aktı, eləcə də terrorla mübarizdə atılan və atılacaq addımların müzakirə edildiyi bildirilir.
Açıqlamada terrorla mübarizədə Türkiyə üçün ciddi səylərin davam edəcəyi, ölkə sərhədlərinin ətrafında "terrorustan” qurulmasına əsla yol verilməyəcəyi vurğulanıb.
18:57
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.Bu barədə "Trt Haber" məlumat yayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !