APA-nın məlumatına görə, bunu ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
"Terror hücumunun köklərinin Suriyada olduğunu təsdiqləyən kəşfiyyat məlumatları var”, Ərdoğan mətbuat konfransında bildirib.
Prezident əlavə edib ki, terror aktının istintaqında İŞİD və PKK-nın hadisə ilə əlaqəli olduğu da daxil olmaqla bütün versiyalar araşdırılır.
Qeyd edək ki, iki terrorçu-kamikadze tərəfindən törədilmiş partlayışlar nəticəsində 97 nəfər ölüb. İstintaqın əsas versiyası isə İŞİD-in partlayışlarla əlaqəli olmasıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !