Ərdoğan Atatürkün vəsiyyətini yerinə yetirir?

20:18 | 28.11.2013
Ərdoğan Atatürkün vəsiyyətini yerinə yetirir?

Ərdoğan Atatürkün vəsiyyətini yerinə yetirir?

"Atatürkün vəsiyyətini yerinə yetirəcəyik". 

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan "Anitkabir"i ziyarətində deyib. Musatafa Kemal Atatürkün məzarı yanında olan xüsusi dəftərə ürək sözlərini yazan Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamalı bir dəfə daha minnətlə xatırladıqlarını deyib:

"Türkiyəni Atatürkün göstərdiyi "müasir mədəniyyət səviyyəsindən daha yüksək səviyəyə çıxarma" hədəfi istiqamətində bütün gücümüzlə və qərarlılığımızla işimizi davam etdiririk. Türkiyə Cumhuriyyətinin 100 illiyi yübileyində ölkəmizi dünyanın ən böyük 10 iqtisadiyyatından biri halına gətirərəcəyik. Atatürkün vəsiyyətini yerinə gətirməyi planlaşdırıq".

Daha sonra "Anitkabir"dən ayrılan Ərdoğan Yüksək Əsgəri Şuranın toplantısına qatılıblar. Baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Yüksək Əsgəri Şura yığıncağına Baş qərargah Başçısı General Necdət Özəl, müdafiə Naziri İsmət Yılmaz, Quru qüvvələri Komandiri General Hulusi Akar, Dəniz Qüvvələri Komandiri Bülent Bostanoğlu, Hava Qüvvələri Komandiri General Akın Öztürk, Jandarma Ümumi Komandiri General Sərvət Yörük və digər rütbəli şəxslər qatılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb