"Biz bir yerdə olmaya bilmərik”.
Türkiyə və Azərbaycan qardaş ölkələrdir.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti hər iki ölkənin ümumi mədəniyyəti və tarixi olduğunu qeyd edib.
"Biz bir yerdə olmaya bilmərik”, - Ərdoğan vurğulayıb.
Prezident qeyd edib ki, Türkiyə bundan sonra da Azərbaycan, eləcə də türkdilli ölkələrlə əlaqələrini inkişaf etdirəcək.
"Liviya, Misir və digər müsəlman ölkələri ilə əlaqələr də Türkiyə üçün vacibdir”, - Ərdoğan deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !