Ərdoğan Azərbaycana gələcək

10:52 | 15.08.2014
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkələr məlum olub.APA-nın məlumatına görə, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə R. T. Ərdoğan özü açıqlayıb. O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib. Qeyd edək ki, prezident İlham Əliyev prezident seçilməsi münasibətilə R. T. Ərdoğana göndərdiyi təbrik məktubunda onu Azərbaycana səfərə dəvət etmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM