Ərdoğan Azərbaycanda türk hərbi bazalarının yaradılmasından danışıb

15:55 | 17.06.2021
Ərdoğan Azərbaycanda türk  hərbi bazalarının yaradılmasından danışıb

Ərdoğan Azərbaycanda türk hərbi bazalarının yaradılmasından danışıb

Türkiyə prezidenti  Rəcəb  Tayip Ərdoğan Şuşada bağlanan bəyannamə çərçivəsində Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yaradıla biləcəyini istisna etməyib. Bu barədə o, Bakının Four Season otelində Türkiyə jurnalistləri üçün verdiyi mətbuat konfransında bildirib. 
 
"Bu məsələnin inkişaf etdirilməsi mümkündür.  Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin  Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı inkişaf etdirilə bilər. Bizim Putinlə danışıqlarımız zamanı da bu məsələ  özünəməxsus formada  reallaşdırıla bilər",  -  deyə Ərdoğan bildirib.
 
İyunun 15-də imzalanan Şuşa bəyannaməsində Türkiyə Azərbaycan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb