Ərdoğan bələdiyyə seçkilərində səs verib

15:11 | 31.03.2024
Ərdoğan bələdiyyə seçkilərində səs verib

Ərdoğan bələdiyyə seçkilərində səs verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan bələdiyyə seçkilərində səs veriblər.
 
Dövlət başçısı və xanımı Üsküdar Saffet Çebi orta məktəbində səsvermə hüququndan istifadə edib.
 
Ərdoğan səs verdikdən sonra jurnalistlərə verdiyi açıqlamada yerli seçkilərin Türkiyə dövləti və xalq üçün yaxşı nəticə verəcəyinə ümidvar olduğunu bildirib.
 
Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM