Ərdoğan bu dəfə lenti kəsən uşağı vurmadı - VİDEO

10:52 | 29.10.2021
Ərdoğan bu dəfə lenti  kəsən uşağı vurmadı - VİDEO

Ərdoğan bu dəfə lenti kəsən uşağı vurmadı - VİDEO

Türkiyənin paytaxtı Ankarada Millət Baxçasının açılışı zamanı maraqlı anlar yaşanıb.

Ölkənin ənənələrinə uyğun olaraq, açılışda lent kəsmə mərasiminə dövlət rəsmiləri ilə yanaşı, uşaqlar da qatılıb.

Prosesdən öncə dua edilib. Dua edilən zaman isə balaca qız əlindəki qayçıyla lenti hamıdan qabaq kəsib. Təşkilatçılar yeni lent gətirmək məcburiyyətində qalıb. Azyaşlı bu dəfə də lenti yarıya qədər kəsib. 

Sonda çıxış yolu olaraq balaca qızın əlindən qayçı alınıb. Amma bu da azyaşlını dayandıra bilməyib. O, yarıda qoyduğu işi əlləriylə tamamlayaraq lenti qoparıb.
 
Uşağın bu davranışına prezident Rəcəb Tayyib Ərdoğan sakit  reaksiya verərək, onun hərəkətini normal qarşılayıb. 
 
Buna oxşar vəziyyət sentyabrda Rizedə Salarha Tunelinin açılışında da baş vermişdi, orada prezident Ərdoğan lenti kəsən oğlanın başına əli ilə vuraraq, ona əsəbiləşdi. Prezidentin bu hərəkəti sosial şəbəkələrdə ictimai qınağa tuş gəlib. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM