Ərdoğan: "Bu şəraitdə Putinlə əlaqə yaratmağımın mənası yoxdur"

11:11 | 08.10.2015
Ərdoğan:

Ərdoğan: "Bu şəraitdə Putinlə əlaqə yaratmağımın mənası yoxdur"

"Bu şəraitdə mənim Putinlə danışmağımın bir mənası yoxdur ".

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfəri zamanı jurnalistlərin "Gərginliyin qızığın döyüşə keçmə ehtimalı varmı? Putinlə görüşəcəkmisizniz" sullarına cavabında deyib.

Türkiyə prezidenti qeyd edib ki, Rusiaynın belə bir iş görəcəyinin ehtimal etmir: "NATO Şurasının təcili olaraq, növbədədkənar toplantı keçirməsi də işin ciddiyyətinin göstəricisidir. Moskvada Qurban bayramı ərəfəsində onunla uzun-uzadı danışdıq. Ondan sonra nələr olduğunu bilirsiz. Suriyada hava əməliyyatları başlayandan sonra telefonla danışdım. Bunun ardınca hava sərhədimiz pozuldu. Bu şərtlərdə onunla danışmağımın mənası yoxdur".

Baş verənlərin Mersində tikiləcək Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, təbii qaz layihələrinə təsir ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib ki, bu birtərəfli məsəslə deyil: "Bunları eyni zamanda Rusiyanın da düşünməs lazımdır. Akkuyunun Rusiya tikməzsə başqa birisi edər. Bu layihəyə artıq 3 milyard dollarlıq sərmayə də qoyublar.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Rusiyanın təbii qazının bir nömrəli istelhlakçısıdır: "Ehtiyac olsa Türkiyə təbii qazı müxtəlif yollardan da ala bilər. Nəhayət, bütün bu məsəslələrlə bağlı Rusiyanın yaxşı düşünməsi lazımdır. Türkiyə-Rusiya Yüksək Əməkdaşlıq Şurası var. Belə bir mexanizmi itirmək hər halda Rusiya baxımından yanlış olar. Biz də təbii olaraq, bunları itirmək istəməzdik. Ona görə də rusların bunları itirməsinə səbəb olacaq addımlar atacağından üzülürük. Belə hadisələrdə hissiyyata qapılmamalıyıq".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM