• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan bugün İsveçin NATO-ya qəbulu prosesini müzakirə edəcək

Ərdoğan bugün İsveçin NATO-ya qəbulu prosesini müzakirə edəcək
23.01.2023 10:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabineti ilə Stokholmda Türkiyə əleyhinə hərəkətləri və İsveçin NATO-ya qəbulu prosesini müzakirə edəcək, bu barədə Posta qəzeti yazır.


"Xarici siyasət cəbhəsində hadisələr Ankara-Stokholm xəttində cərəyan edir. Son günlər Türkiyəyə qarşı təşkil edilən qalmaqallı aksiyalara icazə verən İsveç hökumətinin mövqeyinə qiymət veriləcək. Nazirlər Kabinetinin iclasında İsveçin təxribatlara göz yummasından sonra iki ölkə arasında artan gərginlik, həmçinin İsveçin NATO-ya daxil olması prosesi də müzakirə olunacaq"- qəzet yazır.


Nordic News cümə günü bildirib ki, Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandıran aksiya keçirmək üçün icazə alıb. 


Paludan şənbə günü Moskva vaxtı ilə saat 16:00-da aksiya keçirib. Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Stokholmda Quranın yandırılması Avropada islamofobiya, irqçilik və ayrı-seçkiliyin səviyyəsindən xəbər verir. İsveçin xarici işlər naziri Tobias Billström Ankaranın bu bəyanatına cavab olaraq bildirib ki, bu cür təxribatlar dəhşətlidir, lakin İsveçdə ifadə azadlığı var və krallıq hökumətinin özü də islamofob inancları dəstəkləmir.


Şənbə günü Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, İsveç müdafiə naziri Paul Johnsonun yanvarın 27-də ölkəyə səfəri "artıq mənasız olduğu üçün” ləğv edilib.
 
Gülnar

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Monqolustan Prezidenti istefa verib
Dünya 09:49
Monqolustan Prezidenti istefa verib
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib
Dünya 23:53
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib
Ukrayna “Starshield” sisteminə qoyulan məhdudiyyətlərin yeddi gündür qüvvədə olduğunu açıqlayıb
Dünya 22:34
Ukrayna “Starshield” sisteminə qoyulan məhdudiyyətlərin yeddi gündür qüvvədə olduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol