Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında dövlət qurulmasına icazə verməyəcəklərini deyib.
ANS PRESS-in məlumatına görə, Türkiyə "Qırmızı Aypara” cəmiyyətinin təşkil etdiyi iftar proqramında iştirak edən Ərdoğan çıxışda jurnalistlərin suallarına cavab verib. Türkiyə prezidenti bəyan edib ki, bəzi qüvvələr Kobanidə baş verən hücumlardan istifadə edərək Türkiyəni yenidən qarışdırmağa çalışır:
"Daha əvvəl bir Kobani hadisəsi baş verdi. Suriya və İraqın onlarla şəhərində, yüzlərlə qəsəbəsində davam edən insidentlər Kobanidə də baş verdi. Bu hadisəni bəhanə edən bəzi çevrələr 6,7,8 oktyabr 2014-cü il tarixdə Türkiyənin bir çox yerində hadisələr törətdi. İndi yenə də həmin şəhərlərdə bəzi hadisələr baş verir və bəzi qruplaşmalar bundan Türkiydə iğtişaşlar törətmək üçün istifadə etmək istəyirlər”.
Ərdoğan həmçinin bütün dünyaya müraciət edərək Suriyanın şimalında dövlət qurulmasına icazə verməyəcəklərini deyib:
"Burdan bütün millətimə və bütün dünyaya səslənirəm. Suriyanın şimalında, ölkəmizin cənubunda bir dövlət qurulmasına əsla izn vermyəcəyik. Bunun belə bilinməsini istəyirəm. Bədəli nə olursa olsun, bu istiqamətdə mübarizəmiz davam edəcək”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !