Ərdoğan Cümhuriyyət Günü tədbirlərini ləğv etdirdi

15:56 | 29.10.2014
Ərdoğan Cümhuriyyət Günü tədbirlərini ləğv etdirdi

Ərdoğan Cümhuriyyət Günü tədbirlərini ləğv etdirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ili ilə bağlı keçiriləcək tədbirləri ləğv etdirib.Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Türkiyənin Karaman bölgəsində mədəndə baş verən qəzadır. Dünən baş verən mədən faciəsində 18 işçi torpaq altında qalıb. Onlar hələ də çıxarılmayıb.Ərdoğan baş nazir Əhməd Davudoğlunun bu gün qəza baş verən kömür mədəninə gedəcəyini deyib.Prezident Ərdoğan özünün də bölgəyə gedəcəyini bildirib. 18 nəfərin həyatını itirməməsi ilə bağlı ümidlərinin olduğunu deyən Ərdoğan xilasetmə işlərinin davam etdirildiyini söyləyib.Qəza ilə əlaqədar bu gün İstanbulda təşkil olunması  planlaşıdırılan atəşfəşanlıq da ləğv edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM