Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsi üçün yeni format təklif edib

15:29 | 16.09.2023
Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsi üçün yeni format təklif edib

Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsi üçün yeni format təklif edib

İndi təbii ki, rəhbərliyimizlə üçtərəfli görüş təklifimizi onlara çatdırmışıq. Amma bu məsələdə biz üçtərəfli yox, dördtərəfli görüş təklif etdik. Yəni, bu yerlərlə heç bir əlaqəsi olmayan liderlərlə deyil, gəlin, hazırda işin içində olan cənab Putinlə, cənab Əliyevlə, mənimlə və Ermənistan Baş naziri Paşinyanla dördlük olaraq belə bir görüş keçirək.

TRT Haber xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Elə təklif etdik ki, addımımızı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz məsələni cənab Əliyevlə də müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik”, - Türkiyə lideri əlavə edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM