Ərdoğan əvvəl qəbristanlığa, sonra toya getdi

10:12 | 21.04.2014
Ərdoğan əvvəl qəbristanlığa, sonra toya getdi

Ərdoğan əvvəl qəbristanlığa, sonra toya getdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən axşam İstanbul Üsküdar rayonundakı evindən çıxaraq “Karacaahmet” qəbristanlığına gedib. ANS PRESS-in xəbərinə görə, baş nazir burda anası Tənzilə və atası Əhməd Ərdoğanın qəbirlərini ziyarət edib. Qəbristanlıqda təxminən 15 dəqiqə qalaraq dua oxuyan Ərdoğan sonra “Haliç” konqres və mədəniyyət mərkəzinə gedib. Baş nazir burda Türkiyənin tanınmış jurnalis-yazıçısı Ayşə Böhürlərin oğlunun nigah mərasimində iştirak edib. Baş nazir Ərdoğan tədbirdə nigah şahidi kimi iştirak edib. ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM