Ərdoğan: Fransada terror törədiləndə qiyamət qoparırdız

17:10 | 16.03.2016
Ərdoğan: Fransada terror törədiləndə qiyamət qoparırdız

Ərdoğan: Fransada terror törədiləndə qiyamət qoparırdız

"Onlar da terrorçu PKK kimi kürdlərin çox az bir hissəsini təmsil edirlər. Onların əsl dəstəkçisi Qərbdir və silahların haradan gəldiyini də görürük".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan TİKA-nın (Türkiyə İnkişaf və Əməkdaşlıq Agentliyi) tədbirində terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD"dən danışarkən bildirib.

"Bir də Qərblə Kandil (Kandil dağının İraqdakı hissəsindəki PKK-nın düşərgəsini nəzərdə tutur - "Report") eyni başlığı paylaşır: "Ərdoğan gedərsə, sabitlik gələr. Ərdoğan gələndə Türkiyə nə halda idi, bu gün vəziyyət necədir.

"PYD" kimi "YPG" də terror qruplaşmasıdır və kürdlərin çox kiçik bir hissəsini təşkil edirlər. Bunlar silah ədə etmək üçün pulu haradan tapırlar?!"

O, Türkiyəyə münasibətdə Qərb ölkələrini səmimi olmağa çağırıb: "Terrora qarşı da münasibətiniz birmənalı deyil. Bu gün bizdə törədilən terrorlar sabah sizin ölkənizdə baş verə bilər. Fransada terror törədiləndə qiyamət qoparırdız.

Bəzi ölkələr Türkiyəni dizüstə çökdürmək istəyir. Bütün terrorların arxasında duran həqiqət budur.

Biz ölkəmizi daha yaxşı hala gətirmək üçün fəaliyyət göstəririk. Ancaq sizin dərdiniz bu ölkəni bölüb, parçalamaqdır. Amma parçalaya, bölə bilməyəcəksiniz".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM